Türkiyənin diplomatik mənbəyi RİA Novosti agentliyinə bildirib ki, Ankara İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların bərpa olunacağına ümid edir, lakin hələlik bunun baş verəcəyinə dair heç bir əlamət yoxdur.
Mənbə bildirib ki, “Əlbəttə ki, danışıqların bərpa olunacağına ümid edirik”.
O, tərəflərin İstanbulda humanitar razılaşmalara nail olduqlarını xatırladıb.
Mənbənin sözlərinə görə, Türkiyə hələlik Kiyev və ya Moskvadan danışıqlar prosesinin bərpa olunmasının mümkünlüyünü göstərən heç bir siqnal almayıb.














