Avropa Komissiyası Almaniya və Türkiyəyə dönərlə bağlı mübahisəni – bu yeməyin məhz hansı ölkəyə aid olduğunu həll etmək üçün 6 ay vaxt verib.
Bu barədə “Economist” qəzeti yazır.
İddianı “zəmanətli ənənəvi yeməklər” blok sxemi ilə dönərin hazırlanma reseptini və üsulunu qorumaq istəyən Türkiyə qaldırıb. Ankaranın tələbləri arasında milli adət-ənənələrə uyğun reseptin düzgünlüyünü müəyyən etmək hüququ var – məsələn, dana və hinduşka ətinin, eləcə də donuz ətinin yemək bişirilərkən icazə verilən ətlər siyahısından çıxarılması.
Çoxlu sayda türk miqrantının yaşadığı Almaniya bununla razılaşmır – Avropada olarkən dönəri yerli şəraitə və mövcud məhsullara uyğun dəyişiblər. Məsələn, alman dönəri ənənəvi türk reseptində edilməyən kələmlə və ya souslarla süfrəyə verilir.
Mənbə: Habertürk