Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığında taxıl sazişinin bərpası istiqamətində atılacaq addımları müzakirə edib. Bu barədə RİA Novosti Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
“Danışıqlar zamanı Ukraynada baş verən son hadisələr, taxıl dəhlizinin “canlandırması” üçün atılan addımlar, eləcə də İsveçin NATO-ya üzvlüyü müzakirə edilib”, – XİN-in bəyanatında deyilir.
İyulun sonunda Fidan isveçli həmkarı Tobias Bilström ilə söhbətində İsveçdə Quranın yandırılması ilə bağlı aksiyaların keçirilməsinin qəbuledilməz olduğunu bildirib.
Mənbə: A Haber












