Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı Vaşinqtonu Suriyadakı kürd qüvvələri ilə əməkdaşlığı dayandırmağa “qətlə” çağırıb. Bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
“Bu gün xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb. Söhbət zamanı nazir Fidan kəskin şəkildə Blinkenin diqqətinə çatdırıb ki, Birləşmiş Ştatlar müttəfiq kimi Suriyanın şimalında “Xalqın özünümüdafiə qüvvələri” terror təşkilatı ilə əməkdaşlığı dayandırmalıdır”, – TASS-ın həmsöhbəti bildirib.
O, Türkiyənin İraq və Suriyada terrorla mübarizə əməliyyatlarının davam edəcəyini vurğulayıb.
Mənbə: TASS