BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı xarici qüvvələrin anklavda yerləşdirilməsinə icazə verən qətnamə layihəsi üzrə müzakirələr davam edir və sənəd nəzərdən keçirilir.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Diplomat vurğulayıb ki, qətnamənin mətni Qəzzada gələcək sülh prosesinə mane olmamalıdır və onu pozmağa imkan verilməməlidir. Hazırda BMT-yə üzv dövlətlər öz qiymətləndirmələrini davam etdirirlər və susdurulma proseduru qətnamə layihəsini hərtərəfli nəzərdən keçirməyə, etirazlar bildirməyə və mövqelərini aydınlaşdırmağa imkan verir.
Fidan əlavə edib ki, qətnamənin BMT Təhlükəsizlik Şurasında hazırlanması mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, bir qrup ölkə hərtərəfli sülh sazişinin sonrakı mərhələlərinin həyata keçirilməsi üçün belə bir qətnamənin zəruri olduğunu düşünür.













