TRT Haber-in məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ərəb ölkələri İran ərazisində yerləşən hədəflərə endirilən zərbələrdən sonra İrana “son xəbərdarlıq” veriblər.
Diplomatın sözlərinə görə, Fars körfəzi ölkələri ABŞ və İsrailin hücumlarından sonra İslam Respublikasının niyə onların ərazisinə zərbələr endirdiyini soruşurlar. Bu ölkələr münaqişə ilə heç bir əlaqəsi olmadığını iddia edirlər.
“Ərəb körfəzi ölkələri bildirirlər ki, əgər hazırkı zərbələr davam edərsə, cavab tədbirləri görməyə məcbur olacaqlar. Ər-Riyadda son görüşdə bu məsələ ilə bağlı son xəbərdarlıq edilib”, – Fidan bildirib.














