Türkiyə Xarici İşlər Nazirliyi taxıl müqaviləsinin uzadılmasında maraqlı olduğunu bildiribbackend

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara iyulun 17-də başa çatacaq taxıl müqaviləsinin uzadılmasının tərəfdarıdır.

RİA Novosti xəbər verir ki, o, bu barədə Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Türkiyə ən mühüm mövzular üzrə danışıqların aparılmasını təmin edə bilib, taxıl müqaviləsi sayəsində Türkiyə tərəfi Rusiya, Ukrayna və BMT-ni danışıqlar masası arxasına keçirə bilib və bununla da qlobal ərzaq böhranının qarşısını alıb.

“Türkiyə təşəbbüsü yaşatmağa sadiqdir və biz sizin dəstəyinizə ümid edirik”, – deyə Fidan bildirib.

22 iyul 2022-ci ildə İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri “taxıl müqaviləsi” imzaladılar. Müqavilə Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxılının, ərzaq və gübrə ixracına Rusiyanın yardımını nəzərdə tutur.

Mənbə: RİA Novosti