Türkiyə xərçəng xəstəliyinə tutulan uşaqların Qəzza zolağından köçürülməsi üçün İsraillə razılığa gəlib

Türkiyənin səhiyyə naziri Fahrettin Koca İsrailli həmkarı ilə xərçəng xəstəliyinə tutulan uşaqların Qəzza zolağından Türkiyəyə köçürülməsi ilə bağlı razılığa gəldiyini bildirib.

“Mən öz fikrimi bildirdim ki, uşaqlar çox həssas mövzudur.  Xəstələrin təhlükəsiz şəkildə Türkiyəyə köçürülməsinə razılaşdıq. Ən qısa zamanda xərçəngli uşaqları Türkiyəyə daşımağa başlayacağıq”, – deyə Koca bildirib.

Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Avropa İttifaqı Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi kontekstində yanlış tərəfi tutmuşdur. Nazirlik bu barədə Avropa Komissiyasının genişlənmə, o cümlədən Ankaranın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar prosesi ilə bağlı illik hesabatının dərci ilə bağlı açıqlama verib.

Mənbə: TRT Haber

Oxşar xəbərlər