Türkiyə XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edibbackend

Türkiyə Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib.

İctimai.az xəbər verir ki, başsağlığının mətni Türkiyə XİN-in “X” səhifəsində dərc edilib.

“1990-cı il yanvarın 20-də müstəqillik uğrunda şəhid olan qardaş Azərbaycanın qəhrəmanlarını sayğı və rəhmətlə anırıq”, – deyə paylaşımda qeyd olunub.