“Ümid edirik ki, sentyabrın 1-də Milli Məclisə keçirilən seçki qardaş Azərbaycan üçün faydalı olacaq”.
İctimai.az xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanda keçirilən Milli Məclisə seçkiyə dair bəyanatında yer alıb.
“Parlament seçkisinin bütün Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçirilməsi tarixi əhəmiyyət kəsb edir. Azərbaycan xalqının iradəsini ortaya qoyan bu seçki Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına öz töhfəsini verəcəyinə inanırıq”, – deyə Türkiyə XİN-in bəyanatında qeyd olunub.