Türkiyə yeni yatağından istifadəyə başladıqdan sonra Rusiyadan qaz almağa davam edəcək

Türkiyə Neft Şirkətinin (TPAO) direktoru Melih Xan Bilgin TASS-a bildirib ki, Qara dənizdəki Sakarya yatağından hasil edilən qazdan istifadəyə başladıqdan sonra Türkiyə Rusiya da daxil olmaqla qaz almağa davam edəcək.

Ona Türkiyənin digər ölkələrdən, o cümlədən Rusiya Federasiyasından və İraqdan qaz idxalını nəhayət dayandıracağı sualı verilib. Onun sözlərinə görə, ölkənin təbii qaza olan tələbatının 99,5 faizi xaricdən, həm Rusiyadan, həm də digər təchizatçılardan tədarük hesabına ödənilir.

Eyni zamanda, öz qazı bu məsələdə müəyyən qədər tarazlıq gətirməlidir. “Hər halda mən əminəm ki, Türkiyə qazı həm alıb, həm də satacaq”, – Bilgin bildirib.

İctimai.az

Oxşar xəbərlər