Türkiyədə 3 turist qidadan zəhərlənərək ölübbackend

NTV telekanalının verdiyi məlumata görə, İstanbulda üç Almaniya vətəndaşı, ehtimal ki, küçə yeməklərindən zəhərlənərək ölüb.

Dörd nəfərlik ailə tətil üçün Türkiyəyə gəlib. Onlar noyabrın 12-nə keçən gecə özlərini pis hiss etməyə başlayıblar. Onlar qida zəhərlənməsi şübhəsi ilə yerli xəstəxanaya aparılıblar. Məlum olub ki, onlar düyü və kumpir ilə midye yedikdən qısa müddət sonra özlərini pis hiss etməkdən şikayətləniblər.

İki uşağı və onların anasını xilas etmək cəhdləri uğursuz alınıb. Reanimasiyada qalan atanın həyatı üçün həkimlər mübarizə aparır.