Türkiyədə 7-ci klub mövsümü davam etdirməkdən imtina edibbackend

Qaziantep FK 2022-2023 mövsümündə Superliqa və Ziraat Türkiyə Kuboku yarışlarından çəkilmək qərarına gəldiyini açıqlayıb.

İctimai.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Qaziantep FK-dan başqa Super Liqada mübarizə aparan “Hatayspor”, 1-ci Liqadan “Yeni Malatyaspor” və “Adanaspor”, TFF 2-ci Liqadan “Adıyaman” FK, TFF 3-cü Liqadan “Niğde Anadolu” və “Malatya Arguvan Spor” klubları da liqadan çəkilmək qərarına gəlib.

Mənbə: TRT Haber

İctimai.az