ABŞ Türkiyə ilə sərhəddə “kiçik İsrail” yaratmaq siyasəti yürüdür və bunun üçün Suriya ərazisində Kürdüstan Fəhlə Partiyasından (PKK) istifadə edir. Bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazır.
“Dünya Qəzza və Ukrayna ilə məşğul olduğu bir vaxtda ABŞ sərhədimizdə Kiçik İsrailin təməlini qoyur. PKK iyunun 11-də bölgədə yerli seçkilər keçirəcək”, – nəşr yazıb.
Qəzetin qeyd etdiyi kimi, amerikalı diplomat Brett Makqurk “PKK-nın himayədarıdır”. O, materialda deyildiyi kimi, “iki mərhələli plan hazırlayıb”. “Bu planın birinci mərhələsində onlar KRG-nin muxtar administrasiyası yaradacaqlar. İkinci mərhələdə PKK dövləti yaradacaqlar”, – nəşr yazır.
Mənbə: Hürriyet