Türkiyədə avtobus aşdı: 40 nəfər yaralandıbackend

Türkiyənin Bartın vilayətində sərnişin avtobusunun aşması nəticəsində 40 nəfər yaralanıb.

Belə ki, Bartın-Zonquldak yolunun Akçamescit məntəqəsində sərnişin avtobusunun sürücüsü idarəetməni itirib.

Hadisə baş verən əraziyə çox sayda tibb briqadaları və xilasetmə qrupları cəlb ediliblər.

İlkin müdaxilədən sonra yaralılar xəstəxanaya yerləşdiriliblər.