Türkiyə hakimiyyəti məşhur turizm bölgəsi Kapadokyada bayraq dirəyində rəqs edən turistə qarşı cinayət işi açıb. Hadisə barədə Baza Telegram kanalı məlumat yayıb.
Kapadokiyanın əsas turistik yerlərindən birində çəkilmiş videoda bir qızın bayraq dirəyinə dırmaşaraq akrobatik hərəkətlər etməsi əks olunub. Video sosial şəbəkələrdə yayılıb. Turistin hərəkəti dövlət bayrağına hörmətsizlik kimi qiymətləndirilib.
Qızı indi 1 ildən 3 ilə qədər həbs cəzası gözləyir. Prokurorluq onun hərəkətini dövlət rəmzlərini təhqir etmək, türk millətini və ya onun qurumlarını alçaltmaq kimi qiymətləndirib. Cinayətkarın adı və vətəndaşlığı açıqlanmır. Turistin Türkiyəni tərk edib-etmədiyi, yoxsa yerli hüquq-mühafizə orqanları tərəfindən saxlandığı da qaranlıq olaraq qalır.