Türkiyədə bir əyalətə 70 il sonra qar yağdıbackend

Antalyanın Finike səmtinə 70 ildən sonra dünən səhər saatlarında qar yağıb.

İctimai.az xəbər verir ki, qısamüddətli qar fasilələrlə davam edib. Qar qalınlığı 15 santimetrə çatan Finike-Demre yolu nəqliyyatın hərəkətinə bağlanıb.

Rayonun təqribən 10 kilometr hündürlükdə olan yüksək hissələrində qarın qalınlığı 70 santimetrə çatıb. Aralıq dənizini İç Anadolu ilə birləşdirən Alacabel aşırımında qarın qalınlığı 40 santimetrə çatıb.

Mənbə: Sabah

İctimai.az