İhlas Haber Ajansı (İHA) xəbər agentliyinin məlumatına görə, Türkiyə hökuməti dabaq xəstəliyinə yoluxma hallarının artması ilə əlaqədar ölkədəki bütün mal-qara bazarlarının müvəqqəti bağlanmasına göstəriş verib.
Türkiyədə dabaq xəstəliyi Qurban bayramından sonra başlayıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Qida Nəzarəti Baş İdarəsi ölkənin 81 vilayətinə fövqəladə bildiriş göndərib.
Epidemioloji baxımdan risk altında olan ərazilərdə karantin tətbiq edilib.