Türkiyədə daha bir güclü zəlzələbackend

Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan rayonunda daha bir güclü zəlzələ olub.

Kandilli rəsədxanasının məlumatına görə, yerli vaxtla 13:25-də baş verən təkanların gücü 7,5 bal, dərinliyi 16,4 kilometr olub.

Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi bundan doqquz dəqiqə sonra isə eyni ərazidə 6 maqnitudalı zəlzələ baş verdiyini bildirib.

Zəlzələnin Türkiyənin bir çox vilayətində hiss edildiyi bildirilir.