Türkiyədə dəhşətli yanğın: 50-yə yaxın ev alova büründü – FOTO/VİDEObackend

Türkiyənin Artvin vilayətində dəhşətli yanğın ciddi təhlükə yaradıb.

DHA xəbər verir ki, Yusufeli rayonunun Dereiçi kəndində bir evdə başlayan yanğın küləyin təsiri ilə 50-yə yaxın evə yayılıb.

Əraziyə çox sayda yanğınsöndürən, xilasedici və tibb işçisi cəlb edilib.

Yanğının digər evlərə də yayılmamasına çalışılır.