Türkiyədə güclü zəlzələ baş veribbackend

Türkiyənin Kastamonu vilayətində 4.5 bal gücündə zəlzələ olub.

AFAD məlumat verir ki, yeraltı təkanlar yerli vaxtla 06:37-də başlayıb.

Qeyd edilir ki, Qızıl Aypara Cəmiyyətinin nümayəndələri yerin 1.5 kilometr dərinliyində olan zəlzələnin baş verdiyi ərazidədirlər.

Kastamonu bələdiyyəsinin “Twitter” hesabından bildirilib ki, mərkəzi Karamukmolla kəndi olan 4.9 bal gücündə zəlzələ şəhərin mərkəzində də hiss edilib.

Təlafat və dağıntılar barədə məlumat verilmir.