Türkiyədə isti hava balonu qayaların arasında ilişibbackend

Türkiyənin Kapadokya bölgəsində külək səbəbindən sərnişinlərin olduğu hava balonu qayaların arasında ilişib. “RİA Novosti” xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.

“Kapadokiyada qarşıdan gələn külək nəticəsində 22 nəfərin olduğu isti hava balonu yerə düşüb və qayaların arasında ilişib qalıb.

Bölgəyə həkim, polis və yanğınsöndürənlərdən ibarət qruplar göndərilib.

Mənbə: Star