Türkiyədə Kiyevin Rusiya Federasiyası ilə hansı şəraitdə danışıqlar aparacağını bildiriblərbackend

Ukrayna hakimiyyəti Rusiya ilə danışıqlara yalnız Qərb ölkələrindən icazə aldıqda razılaşacaq.

Bunu “RİA Novosti”yə açıqlamasında türkiyəli politoloq, Türkiyənin Moskvadakı keçmiş ticarət nümayəndəsi Aydın Sezər deyib.

“Qərb buna mane olacağı və ya Kiyevin buna imkan vermədiyi müddətcə Ukraynanın danışıqlar masasına oturacağına inanmıram”, – o deyib.

O bildirib ki, əvvəlcə ABŞ seçkilərinin nəticələrini gözləmək lazımdır. Onun fikrincə, danışıqların İstanbulda aparılması variantı hazırda mümkün deyil.

Ötən gün türkiyəli politoloq və analitik Engin Özər Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı danışıqlara hazır olması ilə bağlı Qərbə açıq siqnal göndərdiyini bildirib.