Türkiyədə ölkə parlamenti tarixində ilk dəfə olaraq deputat mandatdan məhrum edilib

Türkiyədə həbsdə olan müxalifətçi deputat Can Atalay mandatdan məhrum edilib. RİA Novosti xəbər verir ki, bu, ölkə parlamenti tarixində ilk hadisə olub.

Atalayın mandatdan məhrum edilməsi məsələsinin müzakirə olunduğu iclas bir gün əvvəl, yanvarın 30-da baş tutub. Artıq deputatın adı deputatlıq fəaliyyətini dayandıranların siyahısına salınıb. Atalayla yanaşı, 2023-cü ilin dekabrında dünyasını dəyişən Hasan Bitmez də bura daxildir.

“Parlamentin iclasında Hataydan olan millət vəkili Can Atalayın nəhayət ki, mühakimə olunması ilə bağlı Kassasiya Məhkəməsinin qərarı oxunub”, – deyə parlamentin mətbuat xidmətindən bildirilib.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər