Türkiyədə qəza nəticəsində 3 rusiyalı yaralanıbbackend

Türkiyənin Alanya şəhəri yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 3 rusiyalı xəsarət alıb, RİA Novosti Rusiya Federasiyasının Antalyadakı Baş Konsulluğuna istinadən xəbər verir.

Baş Konsulluqdan verilən məlumata görə, qəza sentyabrın 3-də saat 16:00 radələrində baş verib. Bütün xəsarət alanlar yerli tibb müəssisələrinə çatdırılıb, onlara lazımi tibbi yardım göstərilir.

Onlar həmçinin qeyd ediblər ki, Rusiya Federasiyasının Antalyadakı Baş Konsulluğu yerli hakimiyyət orqanları, xəstəxana administrasiyaları, sığorta agentlikləri, turoperatorların nümayəndələri ilə əlaqə saxlayır və zərərçəkənlərin vəziyyəti və insidentin digər halları barədə məlumat alır.

Mənbə: RİA Novosti