Türkiyədə klinikaya saç transplantasiyası üçün gələn britaniyalını həkimlər xilas edə bilməyib. Bu barədə The Daily Mail məlumat yayıb.
Hadisə İstanbul CİNİK klinikasında baş verib. Əcnəbi bütün lazımi manipulyasiyalardan keçib və qısa müddətdən sonra səhhəti pisləşib. Onu ən yaxın xəstəxanaya çatdırsalar da, xilas edə bilməyiblər.
Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyatlarda iştirak edən cərrah, anestezioloq və digər əməkdaşları sorğu-sual ediblər.