Türkiyədə zəlzələ: İnsanlar küçələrə axışdı – VİDEObackend

Türkiyədə Malatya şəhərinin Pütürgə rayonunda zəlzələ baş verib.

Türkiyənin Fövqəladə halların idarə edilməsi agentliyinin (AFAD) saytında yer alan məlumata görə, 4,7 bal gücündə baş verən zəlzələ yerli vaxtla saat 11:27-də qeydə alınıb.

Episentri 6,94 kilometr dərinlikdə baş verən zəlzələnin təxminən 10 saniyə davam etdiyi bildirilir.

Malatya valisi Aydın Baruş hələlik dağıntılar barədə xəbər alınmadığını açıqlayıb.

Elazığ şəhər mərkəzində də hiss edilən zəlzələ səbəbindən insanlar küçələrə axışıblar.