Türkiyədəki bələdiyyə seçkisinin ilkin nəticələri açıqlandıbackend

Türkiyədə bu gün keçirilən bələdiyyə seçkisi çərçivəsində bəzi məntəqələr üzrə ilkin nəticələr açıqlanıb.

Seçki qutularının 9,96 faizi açılıb.

Nəticələrə əsasən, ölkənin hakim Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 39,17% ilə irəlidədir.

Cumhuriyyət Xalq Partiyası (CHP) 32,48% ilə 2-ci, DEM Partiyası isə 6,74% ilə 3-cü yerdədir.

Səsvermə prosesi zamanı seçicilərin aktivliyi 74,88% səviyyədə olub.

Böyük Şəhər bələdiyyələri üzrə də ilkin nəticələr açıqlanıb.

Ümumi seçki qutularının 12,77 faizi açılıb.

Nəticələrə əsasən, İstanbulda Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Ekrem İmamoğlu 49,41% səslə ilk sıradadır. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Murat Kurum isə açılan sandıqlara əsasən hələlik seçicilərin 42,03%-nin səsini qazana bilib.

Ankarada da Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Mansur Yavaş 55,25% səslə rəqibini qabaqlayır. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Turqut Altınok isə səslərin 37,08% toplaya bilib.

CHP İzmir şəhərində də ilk sıradadır – Cemil Tuqay 47,50% səslə birinci, onun rəqibi Ədalət və İnkişaf Partiyasından Hamza Dağ isə 37,56% səslə ilə ikinci sıradadır.

Mənbə: Haber Global