Türkiyəli məşhur aktrisa 38 yaşında öldübackend

Türkiyəli məşhur aktrisa Gülşah Çomoğlu vəfat edib.

Məlumata görə, 38 yaşlı aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

İki il öncə ana olan Gülşahın ölüm xəbərini həyat yoldaşı Gökhan Günal sosial şəbəkə hesabında paylaşıb.

“Təəssüf ki, əziz həyat yoldaşım, həyatımın sevinci, gözəl qızımızın anası Gülşah Çomoğlunu itirdik. Sabah Kanlıca məscidində dəfn ediləcək”.

Qeyd edək ki, Gülşah Çomoğlu “Unutma beni”, “Yüksek sosyete”, “Kasaba doktoru” kimi bir çox seriallarda çəkilib.