Türkiyəli meteoroloqlar uçqun təhlükəsi barədə xəbərdarlıq ediblərbackend

Türkiyəli meteoroloqlar Şərqi Qara dəniz regionunun daxili hissələrində və Şərqi Anadolunun yüksək dağlıq ərazilərində qar uçqunu təhlükəsi barədə xəbərdarlıq ediblər.

Bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, uçqun təhlükəsi olduğundan yerli sakinlərdən diqqətli olmaları xahiş olunur. Türkiyənin bəzi bölgələrində leysan yağışlar səbəbindən yüksək qar örtüyü əmələ gəldiyi vurğulanır.

“Türkiyənin şimal-şimal-şərq və şərq hissəsində uçqunlar üçün əlverişli topoqrafik və meteoroloji şəraitə malik dağlıq bölgələr var”, – deyə məlumatda bildirilir.

Mənbə: TRT Haber

İctimai.az