Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qarabağ müharibəsində azad edilmiş ərazidə inşa edilmiş Zəngilan Hava Limanının açılışının ikinci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
İctimai.az xəbər verir ki, nazir bununla bağı “X”dəki hesabında yazıb.
O, qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə açılışını etdyi Zəngilan Hava Limanı Azərbaycanın inkişafı yolunda yeni səhifə açıb.
Nazir əminliyini bildirib ki, bu qardaşlıq ilə gələcək daha parlaq olacaq.