BRİKS assosiasiyasına üzvlük Türkiyəyə Qərblə münasibətdə kozır verəcək.
Bu barədə RİA Novosti-yə politoloq Serhat Lətifoğlu məlumat verib.
“Türkiyənin BRİKS-ə qoşulmaq üçün çoxdankı niyyətləri var. Düşünmürəm ki, Ankara bundan Qərblə sövdələşmə vasitəsi kimi istifadə edir, lakin müəyyən dərəcədə Qərblə münasibətlərdə bundan istifadə etmək olar”, – deyə Lətifoğlu bildirib.
Analitik Türkiyənin xarici işlər naziri Hakan Fidanın Brüssel Türkiyənin Avropa Birliyinə üzvlüyünü təsdiqləsəydi, Ankaranın alternativlər axtarmaq barədə düşünməzdi deyən sözlərini xatırladıb.
Lətifoğlu həmçinin qeyd edib ki, BRİKS-in siyasi təsirləri durmadan artır və bu, Türkiyəni Ankaranın Qərbdəki müttəfiqlərinin iqtisadi təzyiqlərindən qorumağa kömək edəcək.