Türkiyənin Daxili İşlər Nazirliyi ölkədə fevral ayında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayını açıqlayıb

Bu ilin fevral ayının əvvəlində Türkiyədə baş vermiş irimiqyaslı zəlzələ nəticəsində 50 399 nəfər həlak olub.

CNN Türk xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Süleymana Soylu məlumat verib.

Onun sözlərinə görə, dağıntılar altından tapılan meyitlərin tanınması davam edir. Soylu əlavə edib ki, zəlzələ nəticəsində dağılan şəhərlər bir il ərzində yenidən tikiləcək.

İctimai.az

Oxşar xəbərlər