Türkiyənin ən reytinqli serialının aktyorları Bakıya gəlirbackend

Türkiyənin ən reytinqli seriallarından olan “Eşkiya Dünyaya Hükümdar Olamaz”-ın İlyası, Ozan Akbaba yeni filmi ”Anka”-nın təqdimatı üçün paytaxtımızın qonağı olacaq.

Məhşur türk aktyoru Ozan Akbaba və digər sevilıən aktyorların iştirakı ilə fevral ayının 3-ü ”Flame Towers”-da unudulmaz qala gecəsi baş tutacaq.

“MGX film” şirkətinin təqdim etdiyi “Anka” ekran əsərinin prodüseri Müşfiq Quluzadədir. Möhtəşəm qala gecəsində iştirak etmək üçün biletləri ”Park Cinema” kinoteatrlar şəbəkəsinin kassalarından və ”İ-ticket.az” saytıdan əldə edə bilərsiniz.

Xatırladaq ki, ”Anka” filmini Fevral ayının 3-dən etibarən şəhərimizin bütün kinoteatrlarda izləyə biləcəksiniz.