“Azərbaycandan ölkəmizə gəlmək üzrə havaya qalxan “C-130″ hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb”.
İctimai.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Qeyd edilib ki, axtarış-xilasetmə işlərinə Azərbaycan və Gürcüstan qurumları ilə koordinasiyalı şəkildə başlanılıb.













