Türkiyənin Qərbə LNG tədarükünü necə planlaşdırdığı məlum olubbackend

Türkiyə öz anbarlarında Aİ ölkələrinə tədarükü üçün təbii qazı mayeləşdirməyi planlaşdırır.

“Hazırda bizdə maye qaz zavodları yoxdur. Yaxın illərdə dövlət və ya özəl investisiyalar hesabına belə müəssisələr yaradıla bilər. O zaman biz LNG-ni gəmilərdə dünyanın hər yerinə ixrac edə biləcəyik”, – nəşrin həmsöhbəti bildirib.

Ötən həftə, mayın 2-də Türkiyə hakimiyyəti ölkəyə Rusiya və Azərbaycandan Avropaya əlavə həcmdə enerji resurslarının tədarükünə icazə verən qanun qəbul edib. Sənədə LNG-yə istinad da əlavə edilib.

Türkiyə LNG Təchizatçıları Assosiasiyasının rəhbəri Yaşar Arslanın sözlərinə görə, respublikadan təbii qazın potensial alıcıları Böyük Britaniya, İtaliya, Almaniya və Yunanıstan ola bilər.

Mənbə: Sabah