Türkiyə hakimiyyəti Qəzza zolağında azad edilən fələstinli məhbusların bir qismini qəbul etməyə hazırdır.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Qətərdə səfərdə olan xarici işlər naziri xatırladıb ki, İsraillə HƏMAS hərəkatı arasında əldə olunan atəşkəs razılaşmasının şərtlərinə görə fələstinli məhbuslar azadlığa buraxıldıqdan sonra artıq Qəzzada qala bilməzlər. Bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Ankara razılaşmanı dəstəkləmək üçün məhbusların bir qismini qəbul edəcək.