Türkmənistan Mərkəzi Seçki Komissiyası ölkə parlamentinə keçirilən seçkiləri etibarlı hesab edibbackend

Türkmənistan Mərkəzi Seçki Komissiyasının sədri Gülmurat Muradov bildirib ki, ölkə parlamentinə bazar günü, martın 26-da keçirilən seçkilər baş tutmuş hesab edilib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Türkmənistan Mərkəzi Seçki Komissiyasının sədri bildirib ki, “Türkmənistanda Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiya martın 26-da saat 07.00-dan 19.00-dək keçirilən ölkə Məclisinə seçkiləri qanunvericiliyə uyğun olaraq tanıyıb”.

İctimai.az