Türkmənistan prezidenti ikinci kitabını yazıbbackend

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov “Anau – minilliklərə gedib çıxan mədəniyyət” adlı ikinci kitabını yazıb.

O, bu barədə ölkənin Nazirlər Kabinetinin iclasında bildirib.

Dövlət başçısının sözlərinə görə, kitab Anau şəhərinin 2024-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə yazılıb.

Bildirilib ki, 2023-cü ilin noyabrında TÜRKSOY Anau şəhərini türk dünyasının mədəniyyət paytaxtı elan edib. Şəhərində türkmən xalqının ən qədim, zəngin tarixə və mədəniyyətə malik olduğuna dair çoxsaylı sübutlar aşkar edilib.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Sərdar Berdiməhəmmədov “Gənclik Vətənin dayağıdır” adlı ilk kitabını təqdim edib.

Mənbə: TASS