Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov Mərkəzi Asiya + ABŞ (C5+1) sammitində ABŞ prezidenti Donald Trampla söhbəti zamanı rus dilində danışıblar.
Qırğızıstan və Tacikistan prezidentləri Sadır Japarov və Emoməli Rəhmon Amerika lideri ilə ana dillərində danışıblar. İngilis dilində danışan yeganə Orta Asiya lideri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev olub.
Noyabrın 6-da Vaşinqtonda Mərkəzi Asiya+ABŞ (C5+1) sammiti baş tutub.Zakon.kz xəbər verir ki, görüş zamanı Qazaxıstan və ABŞ arasında 17 milyard rubl dəyərində investisiya sazişi imzalanıb. Tokayev Trampla söhbətində Vaşinqton görüşünün Mərkəzi Asiya ilə ABŞ arasında əməkdaşlığın yeni dövrünün başlanğıcı olacağını vurğulayıb.














