Türkmənistan “yüksək həyat səviyyəsinə” görə maaşları artırmamağı təklif edibbackend

“Nezavisimy Turkmenistan” qəzetinin yazdığına görə, Türkmənistan əmək haqqı və müavinət artımlarını dayandırmağın vacibliyini bəyan edib, çünki ölkədə artıq “yüksək həyat standartı” var.

Sentyabrın 20-də Xalq Məsləhətinin iclası keçirilib və orada fəxri ağsaqqal Yazmirat Atamyradov şuranın sədri, Arkadağ (patron) rəsmi titulunun sahibi Qurbanqulu Berdiməhəmmədova müraciət edib.

“Sosial-məişət şəraitinin yüksək olduğunu nəzərə alaraq, əməkhaqqının, pensiyaların, dövlət müavinətlərinin, tələbə təqaüdlərinin artırılmasının dayandırılmasını təklif edirəm. Sizdən bu təklifi dəstəkləməyinizi səmimi qəlbdən xahiş edirik”, – Atamiradov bildirib.