Polşa tezliklə NATO üzvü olan Avropa ölkələri arasında ən böyük və ən müasir təchiz olunmuş ordulardan birinə sahib olacaq.
Kansleriyanın saytı xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk ölkənin Ustkadakı hərbi-hava qüvvələrinin mərkəzi poliqonuna səfəri zamanı deyib.
“Çox yaxında Polşa ordusu NATO-nun qitədəki ən böyük ordusuna çevriləcək. O, həm də ən yaxşı təchiz edilmiş ordulardan biri olacaq”, – siyasətçi bildirib.
Tusk həmçinin xatırladıb ki, Polşa Şimali Atlantika Alyansında ABŞ və Türkiyədən sonra üçüncü ən böyük orduya malikdir. Respublika ordusunun sayı 210,3 min nəfərdən çoxdur.