Tusk Tramp seçkilərdə qalib gələrsə, istefa verməyə çağırıbbackend

Polşanın baş naziri Donald Tusk Respublikaçılar Partiyasının namizədi Donald Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə istefa verməlidir.

Bu sözləri Polsat telekanalının efirində respublikanın keçmiş milli müdafiə naziri Mariuş Blaşçak deyib.

O qeyd edib ki, Varşava üçün Vaşinqtonla sıx münasibətlər saxlamaq vacibdir.

“Mən narahatam ki, hazırkı hökumət Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harrisə mərc edib. Buna görə də Tusk Trampın qələbəsindən sonra istefa verməlidir”, – deyə hazırda Qanun və Ədalət partiyasının parlament fraksiyasına rəhbərlik edən siyasətçi bildirib.