Tusk Trampın Qrenlandiya ilə bağlı şərhlərinə “birimiz hamı üçün, hamı birimiz üçün” ifadəsi ilə cavab veribbackend

Polşanın baş naziri Donald Tusk ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarəti ələ keçirmək planları qarşısında sosial mediada Aİ ölkələrini birləşməyə çağırıb.

Polşanın baş naziri bəyan edib ki, Avropa ölkələri “hamı birimiz üçün, birimiz hamı üçün” prinsipinə əməl edərək, öz hərbi güclərini artırmalı və yalnız öz qüvvələrinə arxalanmalıdırlar. Tusk xəbərdarlıq edib ki, AB bölünsə, mənfi nəticələrlə üzləşə bilər.

Bundan əvvəl Bloomberg xəbər vermişdi ki, Trampın Qrenlandiyaya qarşı hərəkətləri Avropa və NATO üçün böyük nəticələr verə bilər. Agentlik qeyd edib ki, bu, NATO-ya inamı sarsıdacaq və Avropa İttifaqının üzərinə görünməmiş hərbi xərclər yükü qoyacaq.