Tuvada Çağıtay sağlamlıq düşərgəsində zəhərlənərək xəstəxanaya yerləşdirilən uşaqların sayı 46-ya çatıb.Bu barədə respublikanın səhiyyə naziri Anatoli Yuqay öz Telegram kanalında məlumat verib.
O, hər kəsin vəziyyətinin nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını, reanimasiya şöbəsinə yerləşdirilən qızın da özünü yaxşı hiss etdiyini qeyd edib.
“Bu gün səhər biz Çağıtay uşaq düşərgəsindən qayıtdıqdan sonra yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilən uşaqlara baş çəkdik. Hazırda 46 uşaq və bir müəllim stasionar müalicə alır”, – Yuqay yazıb.
Mənbə: RİA Novosti