Twitter-in Blue Bird loqosu ABŞ-da təxminən 35.000 dollara satıldıbackend

Şirkətin San-Fransiskodakı baş ofisinin binasında yerləşən mavi quş formasında olan Twitter sosial şəbəkəsinin loqosu hərracda təxminən 35 min dollara satılıb.

Bu barədə Associated Press yazır.

“Çəkisi 254 kiloqram, ölçüsü 3,7×2,7 metr olan nişan 34 375 dollara satılıb. Alıcının adı açıqlanmayıb”, – nəşr yazır.

Loqo SpaceX və Tesla-nın qurucusu İlon Mask sosial şəbəkəni ələ keçirib onun adını X qoyanda silindi.