“Twitter” istifadəçiləri “Inner Circle” etiketli şəxsi yazıların ictimai “Sizin üçün” lentində görünməsinə səbəb olan böyük səhvlə qarşılaşıblar.
Bu barədə TechCrunch portalı məlumat yayıb.
TechCrunch jurnalisti Amanda Silberlinqin sözlərinə görə, o, öz lentində izlədiyi bir şəxsin postunu görüb. Lakin bu yazı yalnız onun “Yaxın çevrəsi”nə ünvanlanıb. Qız bunun üzərinə kliklədikdə yazı yoxa çıxdı.
Twitter bu məsələ ilə bağlı rəsmi şərh verməyib – şirkət İlon Mask tərəfindən satın alındıqdan sonra artıq onun mətbuat xidməti yoxdur.
İctimai.az

