Ucarda “Zəfərin mübarək, Vətən!” devizi altında tədbir keçirilib – FOTOLARbackend

04 noyabr 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Ucar rayon Heydər Əliyev Mərkəzində “Zəfərin mübarək, Vətən!” adlı tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı Ramil Həsən və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi polkovnik leytenant Ceyhun Əliyev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və məktəblilər iştirak edib.
Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Tədbirdə iştirak edən şəhid ailələri, qazilər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda bir qrup qazilərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərancamı ilə təltif olunduqları medallar təqdim olub.