Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) avrokubokların formatını dəyişdirməyi düşünür. “Marca” xəbər verir.
Mənbənin məlumatına görə, UEFA liderləri və Avropa Klublar Assosiasiyası üç divizion variantını nəzərdən keçirir: Superliqa, Avropa Liqası və Namizədlər Liqası. Beləliklə, son ikisi arasında Konfrans Liqasında olduğu kimi klub mübadiləsi olacaq: komandalar yüksələcək və diviziona düşəcək. Superliqa ilə Avropa Liqası arasında ilk və son iki yerdə olan klublar liqalar arasında hərəkət edəcək.
Oktyabrın sonunda UEFA İcraiyyə Komitəsi bu dəyişikliyi müzakirə edəcək. Qeyd olunur ki, bu format 2027-ci ildən tez olmayaraq qüvvəyə minə bilər.
Mənbə: TRT Sport
