UEFA müfəttişləri “Barselona”nı Çempionlar Liqasından kənarlaşdırmaq istəyirbackend

Avropa Futbol Assosiasiyaları İttifaqından (UEFA) Neqreyra işini araşdırmaq üçün təyin olunmuş iki müfəttiş belə qənaətə gəliblər ki, “Barselona” bir mövsümlük Avropa yarışlarında iştirakdan kənarlaşdırılmalıdır.

Bu barədə ABC məlumat yayıb.

Mənbənin məlumatına görə, müfəttişlər Miriam Koller Trunz və Jan Samuel Leuba Kataloniya klubunun uzaqlaşdırılmasını dəstəkləyib. UEFA yekun qərarı yaxın 10 gün ərzində verəcək.

Qeyd olunur ki, Avropa Futbol Assosiasiyaları İttifaqının prezidenti Aleksander Çeferin artıq müfəttişlərin hesabatlarını öyrənib və qərar qəbul etmək üçün fasilə verib. İki variant var: kluba qarşı iş açıb ispan ədalətinə etibar etmək, ya da “Barselona”nı bir il müddətinə Çempionlar Liqasından kənarlaşdırmaq.

Mənbə: Sport.ru